Xocalı Soyqırımınan 27 il ötdü
22.02.2019-cu il tarixdə Binəqədi rayonu S.Məmmədov adına 301 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin il dönümü ilə əlaqədar tədbir keçirildui.
Tədbirdə müəllimlər, şagirdlər və valideynlər iştirak etdi.Tədbiri giriş sözü məktəbin direktoru M.Səfərov acaraq Xocalı faciəsinin xalqımızın yaddaşında buraxdığı dərin təsirdən söz açdı.
Məktəbin tarix müəllimi S.Ələkbərova Xocalı faciəsinin Azərbaycankənar ölkələrdə qeyd olunması, ancaq hələ bu faciəyə siyasi qiymət verilməməsi haqqında danışdı.
Tədbirdə iştirak edən Xocalıdan olan valideynlər öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşdülər.
Sonra məktəblilər tərəfindən Xocalı faciəsininə həsr olunmuş kompozisiya nümayiş etdirildi.Kompozisiyada səsləndirilən şeirlər,çıxışlar və mahnılar düşmənə nifrət, vətənə məhəbbət ruhunda idi.Tədbir gələcəyə düşməndən intiqam alınacağı günə inam hissi ilə başa çatdı.
Tədbiri yekunlaşdıran M.Səfərov 26 fevralda prezidentimizin göstərişi ilə Xocalı faciəsinə həsr olunmuş görüşün keçiriləcəyini də iştirakçılara çatdırdı.