,,Ölkəmizi tanıyaq,, layihəsi -Gəncə,Şəmkir,Göygöl
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şagirdlərimizin dünya görüşünün formalaşması,bölgələrimizi daha yaxından tanıması və biliklərinin daha da mükəmməlləşməsi üçün imzaladığı sərəncama əsasən Binəqədi rayonundan olan məktəblilər ölkəmizin səfalı və tarixi şəhərlərindən olan Gəncə,Şəmkir və Göygöl şəhərlərinə səyahət etdilər.Məktəbimizin XI sinif şagirdi Cəlilova Aysel Vüqar qızı da həmin şagirdlərdən idi.Səfərdən sonra məktəbimizin direktoru Məmməd müəllim Aysel və digər şagirdlərlərlə görüşərək bu layihənin məqsəd və məramından danışdı.Şagirdlərə bu layihənin atrıq ənənə halını aldığını və əvvəlki layihələrdə də məktəbimizin şagirdlərinin iştirakını nəzəzərə çatdırdı.Aysel də öz növbəsində belə layihədə iştirak etdiyi üçün məmnunluğunu və həm də çox şanslı olduğunu bildiridi.Məktəbin ona göstərdiyi etimada görə məktəb rəhbərliyinə öz təşəkkürünü bildirdi.Nəzərə çatdırdı ki,onların səfər proqramı çox zəngin oldu.Onlar Gəncə şəhərində Nizami məqbəsində və muzeyində,Qala qapısı və Cümhuriyyət muzeylərində,H.əliyev parkı,muzeyi və mərkəzində,M.Ş.Vazehin ev muzeyində,Şəmkir şəhərində H.Əliyev mərkəzində və parkında,Göygöl şəhərində isə H.Əliyev parkında və Göygöl dövlət qoruğunda olduq.Çox gözəl təəssüratlarla ayrıldıq ordan.Hər bir daşı bir tarix olan Gəncə şəhəri onlarda daha dərin izlər buraxdı.Çünki müstəqil dövlətimzin ilk paytaxtı məhz qədim Gəncə şəhəri olmuşdu.O bir daha belə bir şərait yaradtığı üçün direktora minnətdarlığını bildirdi və bu il ali məktəbə qəbul olub məktəbimizi bundan sonra da layiqli təmsil edəcəyinə söz verdi.Məmməd müəllim də öz növbəsində çalışqan şagirdlərə hər zaman dəstək olduğunu və bundan sonra da dəstək olacağını bildirdi.