Qanlı yanvar

Yanvar ayının 19 - u məktəbdə 20 yanvar faciəsində həlak olan şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Sonra şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Tədbirdə məktəbimizin müəllim və şagird kollektivi iştirak etdi. Öncə söz məktəbimizin direktoru Məmməd Səfərova verildi .O, Azərbaycan xalqının başına gətirilən müsibətlərdən danışdı. Qeyd etdi ki, vətənimizin müstəqilliyi uğrunda canından, qanından keçən xalqımızın igid mərd oğulları və qızları heç vaxt unudulmayacaq, həmişə xatırlanacaq və xatirələrdə qalacaqdır. Daha sonra məktəbimizin tarix müəllimi Ə.Sevinc faciənin tarixi haqqında geniş məlumat verdi. Məktəbimizin şagirdləri qanlı yanvar faciəsinə həsr olunmuş şeirlər səsləndirdilər, musiqi oxudular. Sonda məktəbin direktoru M.Səfərov belə bir tədbirin təşkili və keçirilməsində əməyi olan bütün müəllim və şagird kollektivinə öz minnətdarlığını bildirdi və bu cür tədbirlərin keçirilməsini təqdirəlayiq hesab etdiyini bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi