301 NÖMRƏLİ TAM ORTA MƏKTƏBDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM MƏRASİMİ KEÇRİLİB.
Bu gün Azərbaycan xalqının Ümummilli lider dahi Ulu öndər Heydər Əlirza oğlu Əliyevin anım günü ilə əlaqədar məktəbimizdə tədbir keçirildi. Təşkil olunmuş tədbirdə ilk öncə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açan məktəb- direktoru M.Səfərov ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən və azərbaycançılıq ideyalarından bəhs etdi.O qeyd etdi ki, H.Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış hərtərəfli inkişafına nail olmuşdur. Kiçik bir dövləti öz siyasəti ilə dünyada tanınan nüfuzlu bir dövlətə çevirmişdir. Tədbirimizdə məktəbimizin şagirdləri H.Ə.Əliyevə həsr olunmuş şeirlər söylədilər.Daha sonra H.Əliyevin həyat və yaradıcılığına həsr olunmuş video çarx nümayiş etdirildi. Tarix müəllimimiz A.Əcəb H.Ə.Əliyevin siyasi fəaliyyəti haqqında mühim məqamları qeyd etdi. Sonda tədbirimizi məktəb direktoru Səfərov Məmməd və D.h.m Paşayeva Təranə müəllimə son sözlərini söyləməklə bitirdilər . Onlar tədbirin hazırlanmasında əməyi olan bütün müəllim və şagird kollektivinə minnətdarlıqlarını bildirdilər. Bu cür tədbirlərin məktəbimizdə tez-tez keçirilməsini təqdirəlayiq hesab etdilər.