10 may Ümummilli lider Heydər Əliyevin adnadan olmasının 94-cü il dönümü
10 may 2017-ci ildə Bakı şəhəri S.Məmmədov adına 301 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü münasibətilə tədbir keçirilmişdir.Tədbir Himnimizin səslənməsi və ümummilli liderin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsilə başladı.Tədbiri giriş sözü ilə məktəbin direktoru Məmməd Səfərov açaraq Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən danışmışdır.Ölkəyə ilk rəhbərlik etdiyi illərdən daim öz xalqını düşünən fenomen insan haqqında danışdı.Hər sahəyə xüsusi diqqət və qayğısından tutmuş sadə insanlarla münasibətlərinə qədər.Bu böyük şəxsiyyət dünya miqyaslı şəxsiyyət idi.Bunu görən o zamankı xain və hiyləgər insanlar o zamankı SSRİ-nin ən layiqli rəhbəri olacağını anlayırdılar.Ona görə də dayanmadan Heydər Əliyeva qarşı çirkinliklərə əl atırdılar.Liderimiz bunların qarşısını həmişə ləyaqətlə alırdı.Təsadüfi deyil ki keçmiş Sovetlərin Konstitusiyasında dövlət dili kimi məhz Azərbaycan dili yazılması yalnız liderimizin qətiyyətinin nəticəsi idi.Böyük işlər görməyə elə o zamanlardan başladı.Peşəkar hərbçilərmizin sayının az olmasını nəzərə alb hər cür çətinliyə baxmayaraq C.Naxçıvanski adına hərbi litseyi yaratdı.Müstəqillik illərinin çətinliyini öz çiyinləri üstünə aldı.Dxili və xarici düşmənlərlə mübarizəyə başladı.Daxildə sabitliyi bərpa elədi,işğalçılarla atəşkəs müqaviləsi imzaladı.Ordumuzun qüvvətlənməsi yolunda ilk addımlarını atdı.Təsadüfi deyil ki,bu gün ordumuzu dünyanın ən qüvvətli ordusu sıralarındandır.Güclü maddi-texniki baza,büdcədən hər il ayrılan vəsait bunu deməyə əsas verir.Bunu ordumuz ən yaxşı şəkildə aprel döyüşlərində göstərdi.İqtisadiyyatımız sürətli inkişaf elədi.Dünyanın ən sürətlə inkişaf edən ölkəslərindən oldu.Kənd təsərrüfatı,ağır və yüngül sənaye,hərbi sənaye yeni mərhələyə qədəm qoydu.İdman arenalarından himnimizin dəfələrlə səslənməyi qürur yerimiz oldu.Bunlar hamısı uzagörən siyasətin nəticəsidi.Bu gün o siyasəti layiqli şəkildə ölkəmizin Prezidenti İlham Əliyev davam elətdir.Bu uğurlu siyasət bizi xoş gələcəyə aparır.Sonra məktəbimizin tarix müəllimi Əcəb müəllim çıxış edərək ümummilli liderin digər fəaliyyətlərindən danışdı.Şagirdlərin ifasında şeirlər,mahnılar,kompozisiyalar səsləndi,videoçarx nümayiş olundu.