31 mart Azərbaybaycanlıların soyqırımı günü

31.03.2017-ci il tarixdə Bakı şəhəri S.Məmmədov adına 301 nömrəli tam orta məktəbdə 31 Mart azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilmişdir.Tədbir himnimiz səslənməklə açılmış,daha sonra soyqırım qurbanlarının və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.Tədbirdə çıxış edən məktəbin direktoru Məmməd müəllim tariximizdə bu soyqırımın və faciənin xüsusi öyrənilməli olduğunu bildiridi.Çünki tək Bakıda yox,eləcə də Qubada,Şamaxıda və başqa bölgələrədə də dinc xalqımıza qarşı növbəti vəhşilikləri həyata keçirmişlər.Qubadakı soyqırım məzarlığı buna əyani sübutdu.Məktəbimizin tarix müəllimi Sevinc müəllim çıxış edərək bildirdi ki,erməni daşnaqları və onların havadarları ilə birlikdə xalqımıza tarixdə görünməyəcək işgəncələr verərək öldürmüşlər.Lakin dünyada demokratiya ,insan hüquqları deyə haray salan nə dövlətlər,nə də təşkilatlar bu haqda eşitmək və bilmək istəmirlər,Bu ərəfədə eyni zamanda aprel döyüşlərinin ildönümüdür.Azərbaycan ordusu göstərdi ki,onun gücü Ermənistan adlı heç vaxt mənşəyi olmayan bir dövləti məhv etməyə çatır.Sadəcə həmişəki kimi qaçıb ona buna yalvararaq döyüşləri dayandırmağı istədi.Bu gün,Ali Baş Komandanımızın da dediyi kimi,güclü ordumuz var və istənilən tapşırığı ləyaqətlə,dəqiq və tez bir zamanda yerinə yetirməyə qadir hərbi qulluqçularımız var.Sonda şagirdlərimiz şeir və kompozisiyalar səsləndirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi