Pedaqoji Şura

Məktəbin illik Fəaliyyət Planına uyğun olaraq iyunun 13-də 2023-2024-cü tədris ilinin yekunlarına həsr olunmuş növbəti pedaqoji şura iclası keçirildi. 

İclasda 2023-2024-cü tədris ilinin yekunları, IX siniflərə ümumi orta təhsil, XI siniflərə tam orta təhsil haqqında adi və fərqlənmə attestatlarının verilməsi, müəllimlərin ilkin dərs bölgüsü, şagirdlərin sinifdən sinfə keçirilməsi, yay tapşırıqlarının verilməsi, gələn tədris ilinin fəaliyyət planının hazırlanması üçün pedaqoji heyət üzvlərindən işçi qrupunun seçilməsi və cari məsələlər müzakirə olundu.

Direktor müavinlərinin və metodbirləşmə rəhbərlərinin hesabatları dinlənildi.

Sonda rəhbərlik sertifikasiyada iştirak edəcək müəllimlərə uğurlar arzuladı və tədris ili ərzində öz fəaliyyəti ilə seçilən sinif rəhbəri və fənn müəllimlərinə təşəkkürnamələr təqdim edildi. Beləliklə də, cari ilin sonuncu pedaqoji şura iclası xoş əhval -ruhiyyə ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi