İbtidai siniflərdə Oxu texnikası yoxlanıldı

İbtidai siniflərdə oxu texnikası yoxlanıldı

 

Məktəbin fəaliyyət planına uyğun olaraq oxu texnikasının monitorinqini aparmaq məqsədilə 1-ci siniflərdə şagirdlərin oxu bacarıqlarının səviyyəsinin öyrənilməsi və qiymətləndirilməsi həyata keçirilmişdir. Şagirdlərin oxu bacarığı onların diqqətli, sürətli və davamlı oxu vərdişləri ilə bağlıdır. Bu, məktəbimizin ibtidai siniflərində müntəzəm olaraq izlənilir. Şagird nə qədər sürətlə oxuyursa, nə qədər anlayaraq oxuyursa, intellekti bir o qədər sürətlə inkişaf edir. Ona görə də şagirdin təhsildə uğuru oxu bacarığının səviyyəsi ilə bağlıdır. İbtidai siniflərdə müəllimlər oxunun müxtəlif növlərindən istifadə etməklə şagirdlərdə düzgün, sürətli və ifadəli oxu vərdişləri yaratmalıdırlar.

Ayrı-ayrı siniflərdə aparılan yoxlama zamanı məlum oldu ki, şagirdlər, onlar üçün göstərilən normalara uyğun oxu texnikasına yiyələniblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi