"Dünyamıza sevgi qataq, uşaqlar"
2024"Yaşıl Dünya naminə Həmrəylik ili" və "Ailəm və məktəbim" layihəsi ilə əlaqədar məktəbin Tədbirlər Planına müvafiq olaraq məktəbin 3c sinif müəllimi Qurbanova Vüsalənin təşkilatçılığı, valideynlərin dəstəyi və şagirdlərin iştirakı ilə "Dünyamıza sevgi qataq, uşaqlar" adlı layihə işi yerinə yetirilmişdir. Layihədə əsas məqsəd ətraf aləmə olan diqqətin artırılması, şagirdlərdə bitki aləminə, heyvan və quşlara qarşı mərhəmət, qayğı, sevgi hisslərini aşılamaq olmuşdur. Şagirdlər özləri də dünyamıza sevgi qata bildilər, axı dünyamızın buna çox ehtiyacı var...