26 fevral Xocalı faciəsinin 25-ci ildönümü
25 fevral 2017-ci il tarixdə Bakı şəhəri S.Məmmədov adına 301 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 25-ci il dönümünə həsr olunmuş ,,Heç kim və heç nə unudulmur " mövzusunda tədbir keçirilmişdir.Tədbirdə Azərbaycan Yazıçılar İttifaqının üzvü,şair Xuraman Camalqızı qonaq kimi dəvət olunmuşdu.Tədbiri giriş sözü ilə məktəbin direktoru Məmməd Səfərov açaraq xalqımızın başına gətirilmiş müsibətlərdən söz az açdı.Bunların ən dəhşətlisinin də Xocalı faciəsi olduğunu da bildirdi.O Xocalıda ki,qadınalara,uşaqlara,qocalara,bir sözlə əli silahsız dinc əhaliyə olmazın işgəncələri verildi,ən yaxşı halda isə güllə-baran edilib öldürüldü.Bütün dünyanın gözü qarşısında olan bu faciəni,soyqırımı dünyanın demək olar ki bütün dövlətləri görməzdən gəldi.Daha sonra Xuraman xanım o zaman Ağdamda yaşadığını,o cür fəlakəti öz gözü ilə gördüyünü,köməksiz insanların hansə vəziyyətdə olduqlarını şagirdlərimizin diqqətinə çatdırdı.Tarix müəllimi Sevinc müəllim faciə haqqında bütün məlumatları,həlak olan,yaralanan,əsir düşənlər,tamamilə məhv olmuş ailələr haqqında tədbir iştirakşılarına məlumat verdi.Daha sonra şagirdlərimizin ifasında bədii hissə başladı.Faciəyə həsr olunmuş şeirlər deyildi,musiqilər səsləndi,səhnəciklər göstərildi,,,Əsgər marşı və ,,İgid əsgər" mahnıları səsləndi