"Yaşıl dünya naminə həmrəylik ili"
2024-cü tədris ili üçün "Yaşıl Dünya naminə Həmrəylik"ili ilə əlaqədar məktəbin tədbirlər planına müvafiq olaraq 5a sinfində Dil-ədəbiyyat müəllimi İsmayılova Elnarə tərəfindən Azərbaycanın şair və mütəfəkkirlərinin əsərlərində ətraf mühitin qorunması ilə bağlı fikirlərin təbliğ edilməsi məqsədilə maraqlı dərs keçirildi. Ədəbiyyat dərsində şagirdlərimizə Azərbaycan ədəbiyyat nümunələrində təbiətin təsviri ilə bağlı maraqlı malumatlar verildi, slayd təqdim olundu.Şagirdlərimiz təbiətə həsr olunmuş müxtəlif əsərlərdən nümunələr söylədilər.