Şəhid şəhər Xocalı
24-02-2015-ci tarixdə Binəqədi rayonu Seymur Məmmədov adına 301 saylı tam orta məktəbdə Xocalı faciəsinin 23 illiyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə məktəbim müəllim və şagird heyəti iştirak etmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Məmməd Səfərov açmış, Xocalı faciəsinin ağır dərdlərini dilə gətirmişdir. Məktəbin tədris işləri üzrə direktor müavini Paşayeva Təranə , tarix müəllimi Abdullayeva Əcəb şagirdlərə Xocalı faciəsi haqqında danışmış , məktəbin informatika müəllimi Xocalı sakini Quliyeva Aygün xatirələrini paylaşmış, yaxınlarının itkisindən doğan kədəri göz yaşları ilə dilə gətirmişdir. Məktəbin şagird və müəllim kollektivi Xocalıya aid şeirlər söyləmiş, Xocalı faciəsini əks etdirən video-çarx göstərilmişdir.