"Peşə seçiminin əhəmiyyəti"

Ümumtəhsil məktəblərində peşə yönümlü xidmətin təşkili fəaliyyətləri çərçivəsində ARTİ-nin  Peşə və ömürboyu təhsil şöbəsinin əməkdaşı Səlimə xanım Quliyeva 22.02.2024-cü il tarixində Binəqədi rayonu 301 nömrəli tam orta məktəbdə yuxarı sinif şagirdləri üçün "Peşə seçiminin əhəmiyəti" mövzusunda təlim keçirdi.
İnteraktiv təlim üsulları tətbiq edilməklə keçirilən təlimdə S.Quliyeva şagirdlərə  peşə təhsilinin insan həyatındakı  rolu, peşə seçiminə təsir edən amillər,  düzgün seçim üçün diqqət edilməli olan əsas məqamlar ,əmək bazarı və karyera barəsində məlumat verdi . Peşələrin tədris olunduğu  müəssisələr barədə video roliklər nümayiş etdirdi.
Məktəbin  8 və 9- cu sinif şagirdləri keçirilən təlimdə  çox fəal iştirak etdilər. Ən çox bəyənilən qrup işinin üzvləri  Səlimə xanım tərəfindən mükafatlandırıldı.
#301məktəb
#sağlamtəhsilmühiti
#fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi