Pedaqoji Şura iclası keçirildi

Pedaqoji Şuranın illik Fəaliyyət Planına uyğun olaraq 01 fevral tarixində müəllim və valideyn komitələrinin iştirakı ilə 2023-2024-cü tədris ilinin növbəti Pedaqoji Şura iclası keçirildi.Pedaqoji Şurada

2023-2024-cü tədris ili üzrə I yarımilin yekunları və II yarımildə qarşıda duran vəzifələr və hədəflər, I yarımil üzrə BSQ qiymətlərinin yarımillik yekun hesabatları, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Azərbaycan dilinin dövlət dili səviyyəsində tədrisin vəziyyətini öyrənmək üçün 4-6-7-8-ci siniflərdə keçirilmiş monitorinqlərin nəticələrinin müzakirəsi, Fənn Olimpiadalarının yarımfinal mərhələsində iştirak edəcək şagirdlərlə növbəti tura hazırlıq vəziyyəti, məktəb daxili nizam-intizam, şagird təhlükəsizliyinin qorunması məqsədilə valideyn məsuliyyətinin artırılması, risk qrupuna daxil olan şagirdlərlə aparılan işin gücləndirilməsi, psixoloji xidmətin təşkili, müəllimlərin etik davranış qaydalarına riayət olunması, məktəbdə təhlükəsizliyin təmin olunması üçün nəzarətin gücləndirilməsi məsələləri müzakirə olunmuşdu və müvafiq qərarlar qəbul edilmişdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi