Direktoryanı müşavirə keçirildi
Pedaqoji Şura iclasına çıxarılacaq məsələlərin aktuallığı, obyektivliyi və onların nəticələrinin səmərəliliyinə zəmin yaratmaq məqsədilə rəhbər işçilərin iştirakı ilə növbəti direktoryanı müşavirə keçirildi. Müşavirədə şagird davamiyyəti, məktəbin giriş və çıxış qapılarına nəzarətin gücləndirilməsi, məktəbdə sağlam psixoloji mühitin təmin edilməsi, qiymətləndirmə vasitələrinin (KSQ) nəticələrinin jurnala köçürülməsi məsələləri müzakirə edildi. Sonda məktəb rəhbəri məktəbdə nizam-intizamın təmin edilməsi barədə öz tövsiyyələrini verdi.