"Beyin fırtınası"
Bu gün , 05.12.2023 il tarixində
məktəbimizin ibtidai sinif müəllimi
Ağamalıyeva İradə xanım effektiv təlim strategiyalarından olan “Beyin Fırtınası” üsulunun tətbiqi yollarını həmkarları ilə bölüşdü. Bu üsul şagirdləri innovativ düşüncə tələb edən gələcək fəaliyyətlərə hazırlayır. Dərs müddətində bunun əyani tətbiqi 4a sinfində uğurla keçirildi. Şagirdlər çox fəal , biri- birindən fərqli yaradıcı bir performans sərgilədilər. TDM in Tədrisin idarə olunması bölməsinin rəhbəri Könül xanım Səfərovaya , İradə x və müəllimlərimizə göstərdiyi dəstəyə görə təşəkkür edirik.