VI siniflərdə Oxu müzakirəsi
27.11.2023-cü il tarixində VI siniflər arasında N.Gəncəvinin "Sirlər Xəzinəsi" poemasına daxil olan bir neçə hekayənin müzakirəsi keçirildi.Müzakirə zamanı şagirdlər əsərlərin mövzusu, ideyası ilə bağlı fikirlərini söylədilər, obrazlara münasibət bildirdilər.Eyni zamanda bu mövzuda dövrün ictimai-siyasi və əxlaqi məsələlərinin öz əksini tapdığı qeyd olundu.Oxu müzakirəsində böyük şair və mütəfəkkir N.Gəncəvinin əsərlərinin qiymətsiz bir xəzinə olduğu və hər dövr üçün öz aktuallığını qoruyub saxladığı xüsusi vurğulandı.