Pedaqoji Şura 2
23.11.2023-cü il tarixində məktəbdə növbəti Pedaqoji Şura iclası keçirilmişdir.İclas zamanı riyaziyyat, tədris dili və ibtidai siniflər üzrə fənn aylığında görülən işlər və onun nəticələri, dərsdinləmənin təşkili, metodbirləşmə sədrlərinin fəaliyyəti, məktəbdaxili fənn olimpiadasının nəticələri, müəllim-şagird münasibətləri təhlil olunmuşdur.Həmçinin iclasda məktəbdə psixoloji xidmətin vəziyyəti, risk qrupuna daxil olan şagirdlərlə işin təşkili mövzusunda müzakirələr aparılmışdır.