"Ailəm və məktəbim","Reproduktiv sağlamlıq"

27.10.2023-cü il tarixində məktəbin psixoloqu İslamzadə Nigar tərəfindən Vlll-lX sinif şagirdlərinin valideynləri ilə reproduktiv sağlamlıqla bağlı, həmçinin "Ailəm və məktəbim" layihəsinin keçirilməsi məqsədilə seminar keçirildi.  Seminar zamanı zorakılıq halları və onun profilaktikası ilə bağlı tədbirlər ətrafında müzakirələr aparıldı. Burada əsas məqsəd valideynlərin bu mövzuda maariflənməsi və övladları ilə düzgün rəftar və münasibətin qurulmasını izah etməkdən ibarət olmuşdur.Seminarda məktəb rəhbərliyi iştirak edərək, valideynlərə  ailə-məktəb münasibətlərinin sağlam pedoqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması barədə müəyyən tövsiyələr verdi.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə mövzu ətrafında valideynləri narahat edən məsələlər dinlənildi və suallar cavablandırıldı.#301məktəb #AiləmvəMəktəbim
#Reproduktivsağlamlıq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi