“Reproduktiv sağlamlıq”
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Təhsil Nazirliyi arasında olan razılaşmaya əsasən, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən ümumi təhsil məktəblərinin müəllimləri və eləcə də ayrı-ayrılıqda oğlan və qız şagird qrupları üçün “Reproduktiv sağlamlıq” mövzusunda mütəmadi şəkildə seminarlar təşkil olunur.
VI siniflərdə təhsil alan qızlara məktəbin psixoloqu N.İslamzadə və tibb bacısı G.Sultanova tərəfindən seminar keçirildi.