Pedaqoji Şura 1
13 sentyabr tarixində məktəbdə 2023-2024-cü tədris ilinin ilk pedaqoji şura iclası keçirildi.
İclasda məktəb rəhbərliyi çıxışına pedaqoji şura üzvlərinin yeni tədris ilini təbrik etməsi ilə başlamış və ardınca 2022-2023-cü tədris ilində görülmüş işlər, yeni tədris ilində qarşıda duran məsələlər, habelə Elm və Təhsil Nazirliyinin və BŞTİ-nin müvafiq təlimat və tövsiyələri barədə müəllimləri məlumatlandırmışdır.Müəllimlərin dərs yükü və dərs cədvəlinin təsdiqi, Fənlər üzrə MB rəhbərlərinin təsdiqi,yay tədris tapşırıqlarının nəticələri, X siniflərin komplektləşdirilməsi, texniki məsələlər, dərsliklərin vəziyyəti barədə məlumatlar pedaqoji heyətin diqqətinə çatdırıldı.Cari ildə MİP-ə əsasən hazırlanmış məktəbin fəaliyyət planında qarşıya qoyulan vəzifələr müzakirə olundu.
Məktəb üzrə ən yüksək nəticə göstərmiş XI a sinif şagirdi Əlizadə Xəyal rəhbərlik tərəfindən həvəsləndirici hədiyyə ilə qiymətləndirildi.
Hər il olduğu kimi bu ildə təqaüdə çıxan müəllimlər kollektiv tərəfindən təntənəli şəkildə təqaüdə yola salınmışdır.Məktəb rəhbərliyi onların pedaqoji fəaliyyətini yüksək qiymətləndirib, onlara dərin təşəkkürünü bildirərək, möhkəm can sağlığı, gələcək həyatlarında uğurlar diləyib.
Müəllimlərin İşə Qəbulu müsabiqəsində yüksək nəticə göstərərək məktəbə təyinat almış müəllimlər rəhbərlik tərəfindən kollektivə təqdim olundu.
Sonda məktəbdə ilk dərslərin "Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur" mövzusuna həsr olunması müəllimlərə tapşırıldı.
#Salamməktəb