Məktəbin ilk peşə təmayüllü sinfini bitirən şagirdlərinə sertifikatlar təqdim olundu
Binəqədi rayon Seymur Məmmədov adına 301 nömrəli tam orta məktəbin peşə təmayüllü sinifini bitirən şagirdlərə sertifikatlar təqdim edildi. Xatırladaq ki, 2022/2023-cü tədris ilində Qrafik dizayn və IT Helpdesk ixtisasları üzrə təhsil alan şagirdlər, sonda keçirilmiş nəzəri və praktiki imtahanlarda da müvəffəq olmuşdular.
Məzunlara gələcək fəaliyyətlərində uğurlar arzu edirik!