III siniflərdə monitorinq
17.05.2023-cü il tarixində BŞTİ tərəfindən III siniflərdə tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq keçirildi.
Monitorinqin keçirilməsində əsas məqsəd təhsilalanlarda müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına və müəllimlərin peşəkarlığının təkmilləşməsinə dəstək olmaqdan ibarətdir.