20 Yanvar
17.01.2017-cil tarixdə Bakı şəhəri S,Məmmədov adına 301 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 27-ci il dönümünə həsr olunmuş tədbir keçirilmişdir.Tədbir Respublikamızın himni ilə açılmış,şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilmişdir.Daha sonra giriş sözü ilə məktəbin dərs hissə müdiri Paşayeva Təranə çıxış etmiş,xalqımızın başına gələn ən böyük faciələrdən biri olduğunu diqqətə çatdırmışdır.Daha sonra məktəbimizin tarix müəllimi Abdullayeva Əcəb çıxış edərək,XI Qızıl Ordunun erməni və rus tərkibli qoşun birləşməsinin Bakıya yeridərək dinc əhaliyə qarşı miqyası görünməyən vəhşiliklər etdiyini,əliyalın əhalini,hətta təcili tibbi yardım maşınlarını belə güllə-baran etdiklərini söylədi.Sovetlər dönəmində həmişə xalqımıza qarşı ayrı seçkilik edildiyini,bunun da nəticəsində artıq xalqda milli şüurun oyanmasını qəbul etməyən Sovet hakimiyyəti xalqı bu yolla susdurmağı qərara aldı.Lakin xalqımızı həmişəki kimi,qətiyyət göstərərk hər cür maneəni aşdı,qanı bahasına olsa belə,həmin günü öz sözünü dedi və müstəqilliyə iri addım ataraq onun yolunu açdı.Eyni zamanda həmin günün şəərəf günü olduğunu qeyd edən müəllim bunu gələcək nəslin yaddaşında daim qalmasını tövsiyyə etdi.Daha sonra şagirdlərimizin ifasında şeirlər,şəhidlərə aid musiqilər səsləndirdilər.