Azərbaycan dili tədris vahidinin layihə rəhbəri Rafiq İsmayılovla görüş
İbtidai siniflərdə tədris olunan Azərbaycan dili tədris vahidinin layihə rəhbəri Rafiq İsmayılovla görüşdə məktəbin ibtidai sinif müəllimləri iştirak etmişlər.Görüşün təşkilində məqsəd müəllimləri "Azərbaycan dili" dərslik komplektinin yenilənməsinin hansı zərurətdən irəli gəlməsi, yeni "nəsil" Azərbaycan dili dərslik komplektinin quruluşu, məzmunu və təlim metodikasındakı innovativ yanaşmaların xüsusiyyətləri haqqında məlumat vermək, onları maraqlandıran sualları cavablandırmaqdır.