"Multikulturalizm ili"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ,,2016-cı il Azərbaycanda "Multikulturalizm" ili elan olunması ilə əlaqədar olaraq Binəqədi məktəbləri arasında bu tədbirin məktəb mərhələsi keçirilmişdir.Buna uyğun olaraq 27 dekabr 2016-cı ildə Bakı şəhəri S.Məmmədov adına 301 nömrəli tam orta məktəbdə də bu tədbir keçirilmişdir.Tədbirdə Binəqədi rayon İcra hakimiyyətindən tədbirə məsul şəxs Elnur Məmmədov,Binəqədi Gənclər İdarəsindən Sevinc xanım Süleymanova və 26 nömrəli Uşaq-yaradıcılıq məktəbinin direktoru Ziyad Nəbiyev iştirak etdilər.Tədbiri giriş sözü ilə məktəbin direktoru Məmməd Səfərov açaraq Aərbaycanda yaşayan xalqların və digər etnik azlıqların sərbəst şəkildə yadığını və mədəniyyətlərini sərbəst şəkildə nümayiş etdirdiklərini qeyd etdi.Prezidentimiz İlham Əliyevin də bu məsələdə onlara xüsusi diqqət və qayğısının olduğunu və bunun da nəticəsində onlar özlərini yad kimi hiss etmədiklərini dəfələrlə bəyan etdiklərini xatırlatdı.Daha sonra şagirdlərimizin ifasında müxtəlif xalqların dillərində şeirlər səsləndi,digər xalqlarını musiqiləri və rəqsləri ifa olundu və bununla bərabər də öz mahnılarımız və rəqslərimiz təqdim olundu.Elnur müəllim və Sevinc xanım öz növbəsində rəhbərlik və şagirdlərə təşəkkürünü bildirdi.Və onları bu milli dəyərlər ətrafında sıx birləşməyə çağırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi