31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür.
31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür.
1918-ci ilin Mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı və qəddar faciələrdən biridir. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Zəngəzur və digər ərazilərdə 30 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdur.
1998-ci il martın 26-da Ümummilli Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.
Bu gün məktəbin tarix müəllimləri tərəfindən "Mart soyqırımı" adlı mühazirə keçirilmişdir.
Soyqırım qurbanlarının əziz xatirəsini dərin kədər və ehtiramla anırıq, Allahdan onlara rəhmət diləyirik.