"Qələmində tarix danışan sənətkar"
03.03.2023- cü il tarixində S. Məmmədov adına 301 nömrəli məktəbdə Ənvər Məmmədxanlının 110 illiyinə həsr olunmuş “Qələmində tarix danışan sənətkar” adlı tədbir keçirildi.Tədbirdə Milli Məclisin mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə xanım Paşayeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban xanım Vəliyeva, Binəqədi Rayonu İcra başçısının müavini Sevinc xanım Süleymanova, “UNİTY” şirkətinin direktoru Fikrət Əliyev , müəllimlər və şagirdlər iştirak etdilər.Ruh yüksəkliyi ilə keçən tədbirin sonunda hörmətli qonaqların çıxışları ilə vətənə, təhsilə, müəllimə dəyər hisləri aşılandı, şagirdlərə kitablar hədiyyə edildi.