1 Mart Mülki Müdafiə Günüdür
1 MART MÜLKİ MÜDAFİƏ GÜNÜ Məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Təranə Paşayeva tərəfindən Ümumdünya Mülki Müdafiə gününə həsr olunan dərs keçirildi. Dərs zamanı qeyd olunan günün kütləvi humanitar əhəmiyyətindən danışıldı. Qeyd edildi ki, şagirdlərin fövqəladə hallar zamanı lazımı davranış qaydalarını öyrənməsi, fərdi mühafizə vasitələrindən istifadə etməsi qaydaları nəzəri və əməli cəhətdən mənimsəməsi çox önəmlidir.