"Ana dilim, doğma dilim"
21 fevral bütün dünyada "Beynəlxalq Ana Dili Günü" kimi qeyd olunur. Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətin sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq Ulu Öndər Heydər Əliyevin Ana dilinin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
"Beynəlxalq Ana Dili Günü" münasibətilə məktəbin kitabxana müdiri Fətəliyeva Kəmalə tərəfindən "Ana dilim, doğma dilim" adlı tədbir təşkil olunub.