Valideyn iclasları keçirilir
17.02.2023-cü il tarixində məktəbdə rəhbərliyin təşkilatçılığı ilə V-X siniflərdə valideyn iclasları keçirildi. İclaslarda rəhbərlik, fənn müəllimləri və valideyinlər iştirak etdilər.
İclasların keçirilməsində məqsəd I yarımilin yekunlarının müzakirəsi,uşaqların təlim-tərbiyəsində valideynlərin məsuliyyətinin artırılması, məktəb-valideyn-şagird əməkdaşlığının gücləndirilməsi, şagirdlərin dərsə davamiyyəti, nizam-intizamın, məktəbli formasının və məktəb əmlakının qorunmasının nəzarət altında saxlanılmasıdır.
İclas çərçivəsində valideynlər onları maraqlandıran sualları muəllimlərə ünvanlayıb. Pedoqoji heyət tərəfindən valideynlərin sualları cavablandırılıb.