"Dəyirmi masa"

27.01.2023-cü il tarixində məktəbdə dünyada baş verən siyasi proseslərlə bağlı pedaqoji heyətin iştirakı ilə "dəyirmi masa" keçirildi. Tədbirdə çıxış edən tarix müəllimləri Ələkbərova Sevinc "İran - Azərbaycan" münasibətləri, Quliyeva Pərvanə "Davos iqtisadi forumu-İlham Əliyev", Abdullayeva Əcəb " İran- Ermənistan birliyi" mövzusuna toxundular.
Dəyirmi masamızın əsas məqsədi kollektivimizin bu mürəkkəb dövrdə prezidentimizin apardığı xarici siyasəti dəstəkləmək, ölkəmizə qarşı baş verə biləcək hər hansı bir təxribata qarşı bir ziyalı ordusu olaraq yol verməmək, eyni zamanda yetişən gəncliyimizi baş verən hadisələrlə yaxından tanış etmək idi.Tədbirimizi məktəbimizin direktoru: Sevda xanım Sarıyeva  "Müasir dövrdə prezident İlham Əliyevin düzgün yönləndirilmiş xarici siyasəti" mövzusunda çıxışı ilə yekunlaşdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi