Ümummilli liderin anım günü
12 dekabr 2016-cı ildə Bakı şəhəri S,Məmmədov adına 301 nömrəli tam orta məktəbdə Azərbaycan xalqının ümummilli lideri,əvəzolunmaz şəxsiyyəti Heydər Əliyevin anım gününə aid ədəbi-bədii gecə keçirilmişdir.Dövlət himnimiz səsləndikdən sonra ümummilli liderin xatirəsi 1 dəqiqəlik sükutla yad olunmuşdur.Daha sonra direktor Məmməd Səfərov çıxış edərək Heydər Əliyevin Azərbacan xalqının rifahı üçün etdiyi fədakarlıqlardan danışıb.Öz həyatına olan təhlükələrə baxmayaraq bu yolda dönməzliyindən danışdı.Tarix müəllimimiz Əcəb müəllim Heydər Əliyevin Sovetlər zamanından baylayaraq müstəqilliyə qədər olan dövrlərdən məlumat verdi.Digər tarix müəllimiz Sevinc müəllim isə müstəqillik illərində xalqı dəfələrlə daxili və xarici düşmənlərdən qoruyaraq güclü dövlətin əsasının qoymasından danışdı.Qətiyyəti sayəsində çətinliklərə baxmayaraq sabitliyi təmin etdi,xarici investorları Azərbayacana cəlb etdi.İndiki çiçəklənən ölkəmizin onun sayəsində olduğunu diqqətə çatdırdı.Məktəbimizin dil-ədəbiyyat müəllimləri Səfurə müəllim və Sevinc müəllimin ifasında Zəlimxan Yaqubun Ulu öndərin vəfatına həsr olunmuş şeiri səsləndirdilər.Videoçarx izləndi,şagirdlərimizin ifasında şeirlər səsləndi