16 Noyabr Beynəlxalq Tolerantlıq günü
17 noyabr 2016-cı ildə Bakı şəhəri S.Məmmədov adına 301 nömrəli tam orta məktəbin müəllim kollektivilə birgə Tolerantlıq günü mövzusunda tədbir keçirilmişdir. Məktəbin direktoru Məmməd Səfərov çıxış edərək ölkəmizdə əsl tolerantlıq mühitinin olduğunu,cənab prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində dünyanın ən sakit ölkəıərindən biri Azərbaycan olduğunu bildirdi.Eyni zamanda azərbaycanlılarla yanaşı ölkəmizdə bir çox millətlərin nümayəndələri və müxtəlif dinlərin nümayəndələri yaşadığını və öz inanclarına sərbəst şəkildə ibadət etdiklərini qeyd etdi.Ölkəmizdə həm islam,həm xristian,həm yəhudi dinlərinə uyğun olraq xeyli sayda məscid ,kilsə və sinaqoqlar olduğunu qeyd etdi.Tarix müəllimimiz Sevinc müəllim qeyd etdi ki,Beynəlxalq Tolerantlıq günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib.Məqsəd dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır. Azərbaycan indi bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Azərbaycanda tolerantlığın ta qədimdən olduğunu,sərbəst şəkildə özlərini apardıqlarını,dinc şəkildə ,sülh şəraitində yaşadıqlarını qeyd etdi.