12 noyabr Konstitusiya günüdür
11 Noyabr 2016-cı il tarixdə Bakı şəhəri S.Məmmədov adına 301 nömrəli tam orta məktəbdə Konstitusiya gününə aid müəllim -şagird kollektivi ilə birgə tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə məktəbin direktoru Məmməd Səfərov açaraq Konstitusiya haqqında ümumi məlumat verdi.Hələ Sovetlər dönəmindən ümummilli lider Heydər Əliyevin apardığı mübarizədən,Azərbaycan dilinin məhz rəsmi dil kimi ilk dəfə keçmiş ittifaq dövlətlərinin yalnız bizim Konstitusiyaya qəbul etdirməsindən danışdı.Sonra məktəbimizin tarix müəllimi Abdullayeva Əcəb bəzi maddələr haqqında məlumat verdi,insan hüquq və azadlıqları haqqında danışdı.Şagirdlərimizin təqdimatında təhsilə aid,elmə aid maddələrdən bir neçəsini söylədilər