"Ailəm və məktəbim" layihəsi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-145 nömrəli əmrinə əsasən təşkil olunan "Ailəm və məktəbim" layihəsi çərçivəsində valideyn və şagirdləri birgə fəaliyyətə cəlb etmək,valideyn-övlad münasibətlərini möhkəmləndirmək məqsədilə məktəbin psixoloqu Nigar İslamzadə tərəfindən V-VII sinif şagirdləri və valideynləri arasında "Övladımı nə qədər yaxşı tanıyıram?" mövzusunda yarış keçirilmişdir.Qalib olan valideynlər və övladları məktəb rəhbərliyi tərəfindən diplomlarla təltif olunmuşlar. #AiləmvəMəktəbim #ValideyninməktəbdəbirGünü