Pedaqoji Şura iclası keçirildi
15.10.2022-ci il tarixində məktəbdə növbəti Pedaqoji Şura iclası keçirildi. İclasda məktəbin daxili nizam-intizam qaydaları,davranış pozuntusu olan şagirdlərlə işin təşkili,uşaqlarla bağlı keyslərin keçirilməsi,çətin həyat şəraitində olan həssas uşaqlara lazımi dəstəyin göstərilməsi məsələləri müzakirə olundu.Uşaqlarda sosial bacarıqları formalaşdırmaq üçün onları məktəbdənkənar,sinifdənxaric tədbirlərə cəlb etməyin əsas yollardan biri olduğu vurğulandı.
İclasda həmçinin 06.10.2022-ci il tarixində IX siniflərdə keçirilən monitorinqin nəticələri dinlənildi və təhlil olundu.