"Əziz Şuşa,Sən azadsan!"
Xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilmiş Şuşa qalibiyyətinin əhəmiyyətinin ölkənin ümumi təhsil müəssisələrində təbliğini gücləndirmək və 2022-ci ilin "Şuşa ili" elan edilməsinə dair dövlət başçısının 5 yanvar 2022-ci il tarixli 3096 nömrəli Sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 26.09.2022-ci il tarixli,F-562 nömrəli əmrinə əsasən Nazirliyin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə ölkənin ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında "Əziz Şuşa, sən azadsan!" mövzusunda inşa müsabiqəsi keçirilir.
Müsabiqənin məktəb mərhələsi keçirilmiş, Abbaszadə Aydanın inşası I yerə layiq görülmüş,ikinci mərhələdə iştirak üçün şagird portal.edu.az platformasında qeydiyyatdan keçirilmişdir.
Şagirdimizə müsabiqədə uğur və müvəffəqiyyət diləyirik.