Pedaqoji Şura iclası keçirildi

13.09.2022-ci il tarixində məktəbdə yeni tədris ilinin başlanması ilə əlaqədar ilk Pedaqoji Şura iclası keçirildi.Pedaqoji şurada ötən tədris ilinin yekunları,buraxılış imtahanlarının nəticələri,ali məktəblərə daxil olan şagirdlərimizin uğurları və s. məsələlər barədə hesabatlar dinlənildi.Təhsil sistemindəki yeniliklərdən ,məktəbin növbəliliyi,texniki məsələlər,dərsliklərin vəziyyəti barədə məlumatlar pedaqoji heyətin diqqətinə çatdırıldı.Cari ildə MİP-ə  əsasən hazırlanmış məktəbin fəaliyyət planında qarşıya qoyulan vəzifələr ,həyata keçiriləcək tədbirlər ,metodbirləşmə rəhbərlərinin təyin olunması və s.mövzular müzakirə olundu.
Məktəbə təyin olunan yeni pedaqoji kadrlar kollektivə təqdim olundu və rəhbərlik tərəfindən tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi