I siniflərdə diaqnostik test keçirildi
12.09.2022- ci il məktəbin psixoloqu İslamzadə Nigar tərəfindən I siniflərin məktəbə adaptasiyası üçün diaqnostik test keçirildi. Testin keçirilməsində məqsəd şagirdlərin ünsiyyət qabiliyyətlərini, diqqət və hafizələrini, uşağın analogiya(bənzətmə) qabiliyyətini, məntiqi təfəkkürün inkişafı, süjetli şəkillər üzrə nağıl danışmaq bacarığı, nitqin əlaqəliliyi, məzmunluluğunu yoxlamaqdan ibarət olmuşdur.