"Ədəbiyyatda təbiət"

"Yay məktəbi"layihəsi çərçivəsində məktəbin dil-ədəbiyyat müəllimi Əliyeva Samirə tərəfindən VII sinif şagirdlərinin iştirakı ilə "Ədəbiyyatda təbiət" mövzusunda dərs keçirilmişdir.Açıq havada təşkil olunan dərsin keçirilməsində məqsəd şagirdlərin bilik və bacarıqlarının möhkəmləndirilməsi ilə yanaşı, həm də onlarda təbiətə sevgi və qayğı hissini aşılamaqdan ibarət olmuşdur.
Dərs zamanı şagirdlər öz yaradıcılığında təbiət mövzusuna geniş yer vermiş şair və yazıçılarımız haqqında məlumatlar vermiş,eyni zamanda Aşıq Ələsgər,Mikayıl Müşfiq,Səməd Vurğun kimi təbiət aşiqlərinin yaradıcılığından gözəl şeir nümunələri səsləndirmişlər.
#Yayməktəbi #301məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi