"Valideynin məktəbdə bir günü"

Cəmiyyətin təməlini təşkil edən və dəyərlərini yaşadan ailələr və ümumtəhsil məktəbləri arasında səmərəli əməkdaşlığı təşviq etmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-145 nömrəli əmrinə əsasən təşkil olunan "Ailəm və məktəbim" layihəsi çərçivəsində valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması,məktəbin tədris resursları və məktəbdə həyata keçirilən layihələr barədə məlumatlandırılması məqsədilə rəhbərlik tərəfindən "Valideynin məktəbdə bir günü" təşkil edilmişdir.

Eləcə də, valideyn və şagirdləri birgə fəaliyyətə cəlb etmək,valideyn-övlad münasibətlərini möhkəmləndirmək məqsədilə məktəbin UBTR-i və psixoloqu tərəfindən VIII b sinif şagirdləri və valideynləri arasında "Övladımı nə qədər yaxşı tanıyıram?" mövzusunda yarış keçirilmişdir.Qalib olan valideynlər və övladları məktəb rəhbərliyi tərəfindən diplomlarla təltif olunmuşlar. #AiləmvəMəktəbim #ValideyninməktəbdəbirGünü

#ÖvladımınəqədəryaxşıTanıyıram

#301məktəb

#layihə

#BŞTİ

#BakıŞəhəriüzrəTəhsilİdarəsi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi