"Mənim gündəliyim" adlı oxu və yaradıcılıq müsabiqəsi
Təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi,Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məktəblilərin məlumatlılıq səviyyəsinin artırılması, istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-61 nömrəli əmrinə əsasən keçirilən "Mənim gündəliyin" adlı oxu və yaradıcılıq müsabiqəsinə seçilmiş gündəliklər tələb olunan ünvana göndərildi.İştirakçılara uğurlar arzu edirik.