İT mütəxəssis köməkçisi üzrə peşə təmayüllü sinifdə imtahan

06.06.2022-ci il tarixində məktəbdə İT mütəxəssis köməkçisi ixtisası üzrə 10P peşə təmayüllü sinifində təhsil alan şagirdlər üçün imtahan təşkil olundu. İmtahanda şagirdlər bir il ərzində öyrəndikləri bilik və bacarıqları 6 nəfərdən ibarət təşkil olunmuş komissiya qarşısında nümayiş etdirdilər.  Şagirlər tək-tək komissiya qarşısında onlara ayrılan praktik tapşırığı icra edib, bilik və bacarıqlarını nümayiş etdirməklə yanaşı komissiya üzvlərinin suallarını cavablandırdılar. İmtahanda özünü təqdim etmə bacarığı ilə seçilən şagirdimiz Sadıqov Məhərrəm komissiya üzvləri tərəfindən öz bilik və bacarıqlarına görə ən yüksək nəticə ilə qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi