IV siniflərdə "Bilik yarışı"
Məktəbin IV sinifləri arasında 28 may Müstəqillik Gününə həsr olunmuş "Bilik yarışı" keçirildi.Yarışmanın keçirilməsində əsas məqsəd şagirdlərin vətənpərvərlik tərbiyəsini inkişaf etdirmək, soykökünü tanıtmaq, eləcə də onların bu tədris ilində aldıqları bilikləri ortaya çıxartmaq və nümayiş etdirmək idi.
IV a sinif şagirdi Süleymanlı Rəvan və IV b sinif şagirdi Əzizzadə Bəyaz yarışmanın qalibi olmuş və I yerə layiq görülmüşlər.
Şagirdlərimizi təbrik edir və gələcək müsabiqələrdə onlara uğurlar diləyirik.