"Məktəb həyətinin yaşıllaşdırılması"

24.05.2022-ci il tarixində təsərrüfat işləri üzrə direktor müavini Yelena İslamova Yaşıl layihə: " Təbiəti qoruyanlar" adlı layihəsinin "Məktəb həyətinin yaşıllaşdırılması" bölməsinin 1.4-cü bəndinə uyğun olaraq  məktəbin Peşə Təmayüllü  10p sinfinin şagirdləri ilə birlikdə məktəbyanı sahədə abadlıq işləri apardı. Ağacların dibləri yumşaldılaraq, alaq otlarından təmizləndi. Cücərdilmiş lobya dənələri müvafiq qablara əkildi.
O cümlədən Peşə Təmayüllü sinfin aqronomluq ixtisası üzrə təhsil alan şagirdləri tərəfindən yaradılan bostanın ilk məhsulları toplandı. Sonda birgə görülən fəaliyyətlər və növbəti həftələrdə keçirilə biləcək işlər açıq havada təşkil olunan maraqlı çay süfrəsi arxasında müzakirə edildi.
İşin yaradıcı və sağlam mühit üzərində qurulduğu məktəbimizdə bu cür tədbirlərin təşkili şagirdlərdə təbiətə, ətraf mühitə diqqət və qayğının daha da artırılmasına, sağlam düşüncələrin təşəkkülünə, yaradıcı qabiliyyətin inkişafına, fikir və ideyaların sərbəst irəli sürülməsinə şərait yaradır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi