Biologiya fənnindən "Breyn-rinq"

23.05.2022-ci il tarixində məktəbin VIII sinif şagirdləri arasında Məmmədova İlahə müəllim tərəfindən Biologiya fənnindən "Breyn-rinq" keçirilmişdir.
Breyn-rinqin təşkil olunmasında əsas məqsəd şagirdlərdə biologiya fənninə olan marağın artırılması,fənnə aid sahib olduqları bilik və bacarığı daha da inkişaf etdirmək idi.
3 sinif arasında keçirilən intellektual yarışda məktəbin VIII b sinfi "Şuşa" komandası qalib gələrək,rəhbərlik tərəfindən diplomlarla təltif olunmuşlar.
Bu cür təşkil olunan yarışmalar şagirdlər arasında birgə əməkdaşlığın inkişafında müstəsna rol oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi