Bu həftəki səyyar qəbulların yeri və tarixi
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir. Qeyd edək ki, növbəti səyyar qəbullar aprelin 16 – sı Binəqədi, aprelin 17 –si isə Nəsimi və Yasamal rayonlarında keçiriləcək. Binəqədi rayonu üzrə 314 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula 3, 30, 83, 99, 100, 102, 103, 115, 126, 135, 143, 144, 157, 179, 182, 205, 217, 244, 246, 248, 267, 276, 283, 284, 297, 298, 299, 300, 301, 306, 313, 314 nömrəli məktəblər və 3 nömrəli Uşaq – Gənclər Şahmat İdman Məktəbi, 14 nömrəli Uşaq – Gənclər İdman Məktəbi, 26 nömrəli Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzi, 27 nömrəli Uşaq Yaradıcılıq Mərkəzi və 42 nömrəli Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər. Nəsimi rayonu üzrə 159 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula THL, 1, 5-292, 8, 9, 14, 16, 19, 28, 35, 42, 44, 46, 54, 111, 133, 151, 159, 164, 211, 240, 247, 266 nömrəli məktəblər və 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq – Gənclər Şahmat – Dama İdman Məktəbi, 6 nömrəli Uşaq – Gənclər Güləş İdman Məktəbi, 12 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq – Gənclər İdman Məktəbi, 25 nömrəli Uşaq Yaradıcılıq Mərkəzi, 34 nömrəli Texniki Yaradıcılıq Mərkəzi, 37 nömrəli Texniki Yaradıcılıq Mərkəzi, 46 nömrəli Məktəbdənkənar tərbiyə İşi Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.Yasamal rayonu üzrə 308 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula isə 13, 18, 20, 21, 31, 38, 52, 53, 60, 150, 153, 158, 161, 167, 173, 175, 176, 225, 286, 308 nömrəli məktəblər və 17 nömrəli Uşaq – Gənclər İdman Məktəbi, 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq – Gənclər İdman Məktəbi, 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq – Gənclər Şahmat – Dama İdman Məktəbi, 24 nömrəli Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər. Səyyar qəbullar saat 10:00 – da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir. Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.