Hərbi Qənimətlər Parkına ekskursiya
29 aprel tarixində məktəb rəhbərliyinin və müəllimlər Çiçək Məmmədova və Pərvanə Quliyevanın təşkiatçılığı ilə IV c və
V ç sinif şagirdlərinin Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil olunub. Ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdlərə ordumuzun gücünü göstərmək, onlara vətənpərvərlik hissini aşılamaqdır. Şagirdlər parkda sərgilənən eksponatlarla tanış olub, Vətən Müharibəsində şanlı ordumuzun göstərdiyi qəhrəmanlıqlar, düşmənin hərbi qüvvəsinin itkiləri barədə ətraflı məlumat alıblar.