"Oxu günü" tədbiri
22.04.2022-ci il tarixində məktəbin dil-ədəbiyyat müəllimi Kərimova Sevinc tərəfindən VII b sinfində "Oxu günü" tədbirinin keçirilməsi məqsədilə "Gəlin birgə oxuyaq"devizi altında kitabların təqdimatı və müzakirəsi keçirildi.Şagirdlər mütaliə etdikləri bədii əsərlər barədə məlumat verdilər.Belə dərslərin təşkili həm şagirdlərdə bədii ədəbiyyata maraq yaratmaqda,həm də onların bədii zövqünü formalaşdırmaqda çox faydalıdır.